Haqqımızda

Məşhur brend saatları ən sərfəli qiymətlərə!! Saatim.az-a xoş gəlmisiniz!!

Bizim online-mağazamız 2018-ci ildən fəaliyyət göstərir! Saat alqı-satqısı sahəsində isə 2005-ci ildən işləyirik! Ən yaxşı qiymətlər və müxtəlif çeşidli məhsullar təklif edə bilmə qabiliyyətimizdən qürur duyuruq. Məqsədimiz həmişə ilk növbədə müştərilərimizin inamını və məmnuniyyətini qazanmaq olmuşdur. Biz başa düşürük ki, bunun üçün əsas rəqabətli qiymətlərin və etibarlı müştəri xidməti mütəxəssislərinin korpusunun ideal birləşməsi vacibdir.

Uzun illərin iş təcrübəsi və saat sənayesində malik olduğumuz mükəmməl biliklər sayəsində, müştərilərimizə dünya şöhrətli istehsalçılardan yalnız orijinal kişi və qadın saatlarını təklif edirik. Ən məşhur brendlərdən olan saatlar mağazamızın assortimentinə daxildir.

İstər özünüzə, istərsə də yaxınlarınıza bir hədiyyə olsun, hər zaman Sizin tələblərinizə cavab verən saatı bizim online-mağazamızda tapacaqsınız. Maurice Lacroix, Raymond Weil, Baume Mercier, Frederique Constant, Armand Nicolet, Michael Kors, Burberry, Salvatore Ferragamo, Calvin Klein, Tommy Hilfiger, Ferrari və başqaları daxil olmaqla, otuzdan artıq ən yaxşı saat brendlərinin məhsulunu daha əlverişli şərtlərlə təklif edirik.

Saat sənayesinin ən son yeniliklərini daim diqqət mərkəzində saxlayaraq mağazamızın assortimentini ən aktual və dəbdə olan məhsullarla yeniləyirik. Müştərilərimiz üçün geniş endirim sistemi tətbiq olunur, müxtəlif aksiyalar keçirilir və xüsusi təkliflər mövcuddur. Ən yaxşı saat və aksessuarları əldə etmək üçün bizə təkrar-təkrar müraciət edirlər!

Online alış-verişi zamanı yalnız ən yaxşı müştəri xidməti ilə təmin olunacaqsınız. Həmçinin müştərilərimizin rahatlığı üçün əlverişli beynəlxalq çatdırma, 14 günlük qaytarma siyasəti və unikal "Bizə bir təklif edin" xidmətini təqdim edirik. Bundan əlavə, Sizin seçdiyiniz, hətta saytımızda yerləşdirilməmiş istənilən saatları sifarişinizlə çatdıra bilərik.

Sizin əldə etdiyiniz hər bir məhsul Saatim.az-ın tam zəmanəti ilə təmin olunacaq və bu saatlar firma mağazasında alınmış kimi, bütün orijinal rəsmi qablaşdırma və sənədlərlə istədiyiniz ünvana çatdırılacaq.

Siz hər zaman təcrübəli və ixtisaslı satış məsləhətçilərimizə İnternet vasitəsilə və ya telefonla müraciət edə bilərsiniz.